ı
Bir qrup vətəndaşı aldadaraq külli miqdarda pullarını alan şəxslər barəsində cinayət işi başlanıb.
Lent.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, ötən ilin dekabrında Saatlı rayon sakini B.Qədirovun işə düzəltmək adı ilə altı nəfəri aldadaraq, onlardan ümumilikdə 10 min 850 manat alması barədə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə müraciətlər daxil olub.
Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində B.Qədirov saxlanılıb.
Bu ilin mart ayında isə Bakı şəhər sakini M.Məmmədovun sosial müavinət düzəldəcəyi adı ilə altı nəfəri aldadaraq, onlardan ümumilikdə 19 min 800 manat alması barədə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə müraciətlər daxil olub.
M.Məmmədov keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində yaxalanıb.
Hər iki faktla əlaqədar Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə cinayət işi başlanıb.