Evlərdən oğurluq edənlər saxlanıldı
29 noyabr 2019 19:22 (UTC +04:00)

Evlərdən oğurluq edənlər saxlanıldı

 

Oğurluq etdiyinə görə tutulmuş Ə.Savdumovun və O.Paşazadənin ətraflarında Baş Cinayət Axtarışı İdarəsi və Abşeron rayon Polis İdarəsi əməkdaşlarının apardığı əməliyyat tədbirləri ilə onların rayon ərazisində 18 evdən təmir-tikinti alətləri, inşaat materialları, qızıl-zinət və məişət əşyaları oğurlamaları, habelə bir evdə məişət əşyalarını sındırması da müəyyən edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, oğurluq etdiklərinə görə tutulmuş S.Əliyevin, E.Həsənovun və E.Xamtayevin ətrafında Baş Cinayət Axtarışı İdarəsi, Şəki, Göyçay, İsmayıllı və Ağdaş rayon polis şöbələri əməkdaşlarının apardığı əməliyyat tədbirləri ilə onların adıçəkilən rayonların ərazilərində həyətyanı sahələrdən ümumilikdə 72 baş qoyun oğurlamaları da müəyyən edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1085

Oxşar yazılar