Bakıda FACİƏ: qarovulçu şaxtaya düşüb öldü
03 dekabr 2019 10:06 (UTC +04:00)

Bakıda FACİƏ: qarovulçu şaxtaya düşüb öldü

Bakıda binada bədbəxt hadisə baş verib.

Lent.az-ın məlumatına görə, “Abşeron Construction” şirkətinə məxsus Binəqədi rayonunda yerləşən “Naxçivan Recidence” binasında qarovulçu işləyən Qurbanov Canpolad Xəlil oğlu liftin çuxuruna düşərək ölüb.

Faktla əlaqədar hadisə yerinə baxış keçirilib, meyit müayinə olunması üçün Binəqədi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə göndərilib.

Hadisə ilə əlaqədar Binəqədir rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci maddəsi ilə cinayət işi başlanılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1253

Oxşar yazılar