Azərbaycanda cinayət törətməkdə şübhəli bilinən 60 nəfər saxlanıldı
04 dekabr 2019 11:22 (UTC +04:00)

Azərbaycanda cinayət törətməkdə şübhəli bilinən 60 nəfər saxlanıldı

 

Respublikanın daxili işlər orqanları dünən gün ərzində törədilən 32 cinayətin üstünü “isti izlər”lə açıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 19 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 38 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 23 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 1 ağır yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 16 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 60 nəfər saxlanılıb.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 784

Oxşar yazılar