70 minə aeroportda vəzifə, ipoteka ilə ev - Bakıda ana və oğlunu belə aldatdılar
25 may 2022 18:45 (UTC +04:00)

70 minə aeroportda vəzifə, ipoteka ilə ev - Bakıda ana və oğlunu belə aldatdılar

Bakıda ana və oğluna qarşı dələduzluq edən Nurlan Tağızadənin cinayət işi üzrə  ibtidai istintaq başa çatıb.

Lent.az-ın məlumatına görə, cinayət işi üzrə toplanan materiallar baxılması üçün  Binəqədi rayon Məhkəməsinə göndərilib. İş hakim Fərid Əmirəliyevin icraatına verilib.

Əldə etdiyimiz məlumata görə, fiziki şəxs olan Nurlanın əməlindən 2 zərərçəkmiş var. Onlar da Z. Əsgərova və oğlu Fuad Əsgərovdur. İttiham aktına görə, Nurlan Tağızadə Fuadı Hava Limanında yoxlama-nəzarətçi vəzifəsinə “düzəltmək” və onlara ipoteka ilə ev almaq vədi verib. Bu vədlərlə zərərçəkmişlərdən ümumilikdə 70 min manatdan çox pul alıb.

N.Tağızadə Cinayət Məcəlləsinin 178.2.2-ci (dələduzluq, təkrar törədildikdə) maddəsi ilə təqsirli bilinib.

Məhkəmənin hazırlıq iclası yaxın günlərdə baş tutacaq.

# 1572
avatar

Mehman Nəbiyev

Oxşar yazılar