27 yaşlı qadını maşınla vurub qaçdı
03 dekabr 2019 09:20 (UTC +04:00)

27 yaşlı qadını maşınla vurub qaçdı

Yasamal rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Lent.az-ın məlumatına görə, naməlum dövlət qeydiyyatlı nişanlı avtomobil 1992-ci il təvəllüdlü Həşimova Əzizə Ariz qızını vuraraq hadisə yerindən qaçıb. Nəticədə Əzizə Həşimova xəsarət alıb. Bu barədə zərərçəkmiş özü DİN-nin “102” qaynar xəttinə zəng edərək məlumat verib.

Faktla bağlı Yasamal Rayon Polis İdarəsində araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 997

Oxşar yazılar