Bakıda yaşlı qadın itkin düşüb.
Lent.az-ın məlumatına görə, hadisə ilə əlaqədar qadının ögey oğlu Xətai rayonu, Nobel prospekti 90, mənzil 9-da yaşayan 49 yaşlı Ədalət Rasim oğlu Quliyev 37-ci Polis Şöbəsinə məlumat verib. O, polisə verdiyi məlumatda onunla eyni ünvanda yaşayan ögey anası 1940-cı il təvəllüdlü Leyla Abbas qızı Museyibovanın 1996-cı ildə yaşadığı ünvandan çıxaraq geri qayıtmadığını bildirib.
Faktla bağlı Xətai rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsində araşdırma aparılır.