Koronavirus xəstələri ictimai yerlərdə aşkar edilib.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, fevralın 3-də polis əməkdaşları tərəfindən respublika ərazisində 18 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilərək saxlanılıb.
Polis əməkdaşları COVID-19 virusuna yoluxaraq ev şəraitində müalicədə olmasına baxmayaraq yaşadığı evləri tərk etmiş həmin şəxslərlə izahedici söhbətlər aparıb, tibbi prosedurları gözləməklə yaşadığı evlərə qaytarıb və bu barədə müvafiq səhiyyə qurumları məlumatlandırılıb.