"102"yə 1 milyona yaxın ZƏNG:  biri "Qarabağ şikəstəsi" oxudu
09 iyun 2022 13:15 (UTC +04:00)

"102"yə 1 milyona yaxın ZƏNG: biri "Qarabağ şikəstəsi" oxudu

Bu ilin ilk 5 ayı ərzində Daxili İşlər Nazirliyinin “102” zəng mərkəzinə daxil olan müraciətlərin sayı açıqlanıb.

Lent.az-ın əldə etdiyi məlumata görə, 2022-ci ilin 5 ayında nazirliyin “102” zəng mərkəzinə 923 min 105 müraciət daxil olub.

Onlardan 259 min 627-i qeydiyyata alınaraq araşdırmalara başlanılıb. Həmin araşdırmalarla 1016 cinayətin üstü “isti izlər”lə açılıb.

Bundan əlavə, maraqlı faktlardan biri 44 günlük Vətən müharibəsində qeydə alınıb. Belə ki, Xocalı rayon sakini Cəmşid adlı müharibə iştirakçısı DİN-in “102” xidmətinə zəng edib. Bu zaman döyüşçü “əgər şəhid olsam arxivinizdə qalsın” deyərək, “Qarabağ şikəstəsi”ni səsləndirib.

Həmin zəng də hazırda zəng mərkəzinin arxivində saxlanılır.

# 3663
avatar

Mehman Nəbiyev

Oxşar yazılar