Rusiya sərhəddə xarici muzdluların tutlduğunu təsdiqlədi
30 iyul 2009 14:15 (UTC +04:00)

Rusiya sərhəddə xarici muzdluların tutlduğunu təsdiqlədi

Daxili işlər nazirinin müavini təfsilatları danışıb
Rusiya-Azərbaycan sərhədini keçməyə cəhd edərkən tutulan yaraqlılar arasında Fransa, Avstriya və başqa ölkələrdən olan muzdlular var. Lent.az-ın Rusiya KİV-nə istinadən məlumatına görə, bu barədə RF daxili işlər nazirinin müavini Arkadi Edelev açıqlama verib. Onun sözlərinə görə, Şimali Qafqazda döyüşənlər arasında xarici ölkələrin vətəndaşlarının olması artıq “sənədlə təsdiq edilib”.
Edelev həmin yaraqlıların sərhədi keçməyə nə vaxt cəhd etdiklərini dəqiqləşdirməyib. Qeyd edək ki, iyulun 16-da məlumat yayılmışdı ki, iki ölkənin sərhədində 6-7 nəfərlik qrup sərhədçilərə basqın edib, yaraqlılardan biri öldürülüb.
Nazir müavini bildirib ki, hazırda regionda “Qanuni oğru Umarovun son ehtiyat qüvvələri” fəaliyyət göstərirlər.
“Tamamilə dəqiq deyə bilərəm ki, Rusiya ərazisində gizli bandit yuvalarını sovet hərb akademiyalarını bitirmiş və yaxşı hazırlıq görmüş Mashadov qurub. O, bu işi hələ 2002-ci ildə görüb. Hələ o vaxt FTX bu bandit yuvalarının fəallaşacağını proqnozlaşdırmışdı. Odur ki, Şimali Qafqazda yaraqlıların fəaliyyətinin davam etməsində gözlənilməz heç nə yoxdur”, - deyə Edelev bildirib.
Bundan əvvəl məlumat verilmişdi ki, may ayının ortalarından məhvinə başlanılan Doku Umarovun dəstəsində ərəb və azərbaycanlı muzdlular döyüşür. Ancaq Şimali Qafqazda Qərbi Avropa ölkələrinin vətəndaşlarının döyüşdükləri barədə son vaxtlar heç bir məlumat olmayıb.
# 402

Oxşar yazılar