Güllələnən azərbaycanlılar beynəlxalq axtarışda olub
Moskvada qətlə yetirilən həmyerlilərimizlə bağlı yeni xəbər
Moskvada “Vernisaj” bazarında güllələnən azərbaycanlıların hər ikisi beynəlxalq axtarışda imiş. Lent.az-ın “RİA Novosti”-yə istinadən məlumatına görə, onların barəsində axtarışı Azərbaycan Daxili İşlər Nazirliyi verib.
Bu barədə məlumat verən mənbə bildirib ki, həmin şəxslər “qətl və başqa ağır cinayətlərə görə öz ölkələrinin hüquq mühafizə orqanları tərəfindən axtarılır”. Mənbə öldürülən şəxslərin adını istintaq zərurətindən açıqlamayıb.
Qeyd edək ki, mayın 13-də Moskvanın qərbində iki azərbaycanlı qətlə yetirilib. Naməlum şəxs insanların gözü qarşısında həmyerlilərimizi “Kalaşnikov” avtomatından güllələyərək qaçıb.
Hadisə İzmaylov şossesindəki “Vernisaj” bazarında baş verib. Hüquq-mühafizə orqanlarındakı mənbə hər iki azərbaycanlının aldığı yaradan olay yerindəcə keçindiyini bildirib. Azərbaycanlıların bazarda ticarətlə məşğul olduqları güman edilir.
İstintaqın versiyasına görə, qətl hadisəsi paytaxt bazarları üzərində nəzarəti ələ keçirmək üçün etnik qruplaşmaların arasında gedən toqquşmanın nəticəsidir.

573