Ekstrasens Zirəddin Rzayev ittihamlara cavab verəcək
07 mart 2009 15:00 (UTC +04:00)

Ekstrasens Zirəddin Rzayev ittihamlara cavab verəcək

O, Rusiyaya qayıdıb

Bakıda səfərdə olan ekstrasens Zirəddin Rzayev çalışdığı və təhsil aldığı Rusiyaya qayıdıb. Bu barədə Lent.az-a ekstrasensin Bakıdakı dostlarından biri məlumat verib. O bildirib ki, Z.Rzayev Rusiyaya martın 5-də dönüb.

ATV-də yayımlanan “El içində” verilişində və Azərbaycanda çap olunan “Yeni Çağ” qəzetində ünvanına səslənən fikirlərə gəlincə, mənbə bildirib ki, Z.Rzayevin həmin ittihamlardan xəbəri var və o, bununla bağlı yaxın vaxtlarda münasibətini açıqlayacaq.

Xatırladaq ki, Z.Rzayev “El içində” verilişində tənqid edilib və insanları aldatmaqda ittiham olunub. “Yeni Çağ” qəzeti isə Z.Rzayevin Bakıda “satanist” (şeytana ibadət edənlər) klubu yaratdığını yazıb. Həmin yazıda bildirilib ki, Zirəddin Rzayev Rusiya xüsusi xidmət orqanlarının agentidir.

Z.Rzayev Rusiyanın TNT telekanalında yayımlanan “Bitva Ekstrasensov” paranormal şousunda ikinci yeri tutub.

Pərvin ABBASOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1500

Oxşar yazılar