Bakıda 2 il əvvəl törədilən qətlin üstü açılıb
Narkotikə görə tutulan şəxsin iki il əvvəl qətl törətdiyi məlum olub
Bakının Suraxanı rayonunda 2 il əvvəl baş vermiş cinayət işinin üstü açılıb.
Hüquq-mühafizə orqanlarından Lent.az-a verilən məlumata görə, Suraxanı rayon Polis İdarəsinin əməkdaşları narkotik vasitələrin alveri ilə məşğul olan Rəhim Mirzağa oğlu Əliyevi həbs ediblər. Onun barmaq izləri götürülərək, araşdırmalar üçün Daxili İşlər Nazirliyinə göndərilib. Həmin araşdırma nəticəsində R.Əliyevin daha bir cinayət törətməsi ortaya çıxıb.
Məlum olub ki, R.Əliyev 2007-ci ildə Taleh Vaqif oğlu Məmmədova ağır bədən xəsarətləri yetirib. Həmin xəsarətlər nəticəsində Taleh Məmmədov ölüb.
R.Əliyevin barəsində 126.3-cü (qəsdən sağlamlığa ağır zərə vurma) maddəsi ilə başlanan cinayət işi üzrə istintaq davam etdirilir.
Şəhriyar Əlizadə

1232