Bakıda 3 avtomobil toqquşdu: ölən və yaralanan var
06 noyabr 2012 12:07 (UTC +04:00)

Bakıda 3 avtomobil toqquşdu: ölən və yaralanan var

Noyabrın 5-i saat 08:10 radələrində Bakı şəhərində, Zığ - Hövsan yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Bakı şəhər Baş Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Vahid Niftəliyevin idarə etdiyi “Hyundai”, Sabir Şəfiyevin və Malik Qarayevin idarə etdikləri «VAZ-2107» markalı avtomobillər toqquşub.

Nəticədə, S.Şəfiyev yardım alaraq evə buraxılıb. Onun sərnişini Feyzulla Əhədov isə hadisə yerində ölüb.

Faktla əlaqədar araşdırma aparılır.

Nizam RZA
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1893

Oxşar yazılar