Bakıda yaşlı kişini vurub qaçdılar
06 noyabr 2012 10:32 (UTC +04:00)

Bakıda yaşlı kişini vurub qaçdılar

Noyabrın 6-na keçən gecə Bakı şəhərinin Səbail rayonu ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Salyan şosesinin 32-ci kilometrliyində 50-55 yaşlı kişinin üzərində xəsarətlər olan meyiti tapılıb. Xəsarətlərin əlaməti həmin kişinin yol-nəqliyyat hadisəsi nəticəsində öldüyünü göstərib. Hadisədən sonra piyadanı vuran sürücü avtomobili ilə ərazidən uzaqlaşıb.

Hazırda həmin sürücünün tapılması istiqamətində iş aparılır.

Nizam RZA
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 931

Oxşar yazılar