Amerikalı erməni iş adamı Ermənistandakı korrupsiyadan dad çəkib
06 noyabr 2012 07:18 (UTC +04:00)

Amerikalı erməni iş adamı Ermənistandakı korrupsiyadan dad çəkib

Parisdə güclü erməni lobbisinin vəsaiti hesabına gündəlik nəşr olunan “Ermənistan xəbərləri” jurnalının noyabrın 5-i tarixli sayında “Amerikalı erməni iş adamı Ermənistanda korrupsiyanın qurbanı olduğunu bəyan edib” başlıqlı yazı dərc olunub.

Yazıda bildirilib ki, Yerevanda fəaliyyət göstərən «Arin Capital et İnvestiment Corp» şirkətinin prezidenti amerikalı erməni iş adamı Edmond Kudyan Ermənistanda üzləşdiyi korrupsiya ilə bağlı bu ölkədəki ABŞ-ın Yerevandakı səfiri Con Heffernə məktub göndərib.

O, məktubunda Ermənistana sərmayə qoyduğu vaxtdan ötən müddət ərzində korrupsiyaya qurşanan yerli məmurların özbaşınalığı nəticəsində şirkətinə 4 milyon dollar zərər dəydiyini vurğulayıb.

İş adamı bildirib ki, məsələ ilə bağlı ölkə prezidenti Serj Sərkisyana, hüquq-mühafizə orqanlarına dəfələrlə müraciət etsə də, şikayətinə baxan olmayıb.

Prokurorluq orqanları şikayəti araşdırmaq əvəzinə cinayətkarları müdafiə etmək yolu tutub.Məktubun müəllifi başına gələn xoşagəlməz hadisə ilə bağlı beynəlxalq məhkəməyə müraciət edəcəyini də bildirib.

Azərtac
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 827

Oxşar yazılar