İntiharçı özünü partlatdı:  hakimiyyətin 50 əsgəri həlak olub
05 noyabr 2012 20:30 (UTC +04:00)

İntiharçı özünü partlatdı: hakimiyyətin 50 əsgəri həlak olub

Mərkəzi Londonda yerləşən Suriyada insan haqları üzrə müşahidə şurası intiharçının özünü partlatması nəticəsində hakimiyyət bağlı ordunun azından 50 əsgərinin həlak olmasına dair məlumat yayıb.

Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, müxalifə olay Hama əyalətində baş verdiyini bildirib.

Ölkənin başqa rayonlarından da həlak olanlara dair məlumatlar yayılmaqdadır. Suriyanın şimal – qərbində yerləşən İdlib əyalətinə endirilən aviazərbələr nəticəsində müxalifətin 20 nəfəri həlak olub.

Hakimiyyətin informasiya vasitələri isə Dəməşqdə avtomobildə baş verən partlayış zaman 4 nəfərin həlak olduğunu bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1119

Oxşar yazılar