Bakıda polislər arasında qanlı dava – EKSKLÜZİV
05 noyabr 2012 16:31 (UTC +04:00)

Bakıda polislər arasında qanlı dava – EKSKLÜZİV

Bakı şəhər Baş Polis İdarəsi, Yasamal rayon Polis İdarəsinin bir qrup əməkdaşı arasında dava baş verib. Hüquq-mühafizə orqanlarından Lent.az-a daxil olan məlumata görə, 27-ci Polis Bölməsinin əməliyyat müvəkkili, polis kapitanı Zaur Axundov sınıq xəsarəti ilə təcili tibbi yardıma müraciət edib. Ona tibbi yardım göstərilib, qoluna sarğı qoyulub.

Araşdırmalar nəticəsində məlum olub ki, Z.Axundov ilə polis serjantları Vəliyev Samir Eyvaz oğlu və Talıbov Bəxtiyar Namiq oğlu arasında dava-dalaş baş verib. Hələlik səbəbi açıqlanmayan hadisə zamanı serjantlar polis zabitini vuraraq ona müxtəlif dərəcəli bədən xəsarətləri yetiriblər.

Hazırda məsələ ilə əlaqədar müvafiq orqanlar tərəfindən araşdırma aparılır.

Nizam RZA
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 8488

Oxşar yazılar