Daha bir orta məktəb şagirdi özünü öldürdü
05 noyabr 2012 10:40 (UTC +04:00)

Daha bir orta məktəb şagirdi özünü öldürdü

Noyabrın 4-də Şəmkir rayonunda intihar hadisəsi baş verib. Rayon prokurorluğundan Lent.az-a verilən məlumata görə, Mahmudlu kəndində 1995-ci il təvəllüdlü Verdiyev Kamandar Elmdar oğlu özünü asıb. 17 yaşlı oğlanın asılı vəziyyətdə qalmış meyiti yaşadığı evin həyətindəki tut ağacında aşkarlanıb.

Məlumata görə, K.Verdiyev orta məktəbin 11-ci sinif şagirdi olub. Faktla əlaqədar cinayət işi başlanılıb. İntiharın səbəbləri araşdırılır.


Nizam RZA
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5085

Oxşar yazılar