Dünya bu gün
05 noyabr 2012 08:00 (UTC +04:00)

Dünya bu gün

1670. İngiltərə-İspaniya müharibəsi Madrid sazişi ilə başa çatıb

1912. Vudro Vilson ABŞ prezidenti seçilib

1913. Kipri tutan İngiltərə və Fransa Osmanlıya müharibə elan edib

1918. Müəssislər məclisinə seçkilər üzrə komissiya müvəqqəti Azərbaycan parlamentinin təşkili üçün iclas çağırmağa qərar verib

1920. Azərbaycanın xarici ticarəti Sovet Rusiyasının ticarəti ilə birləşdirilib

1930. Televiziya ilə ilk reklam Londonda nümayiş olunub

1940. Franklin Ruzvelt ABŞ prezidenti seçilib

1948. Şair Baba Pünhan anadan olub

1950. “FM stereo” dalğasında ilk yayın həyata keçirilib

1952. Azərbaycanın keçmiş xarici işlər naziri Vilayət Quliyev anadan olub

1956. Sovet qoşunlarının işğal etdiyi Macarıstanda Yanoş Kadarın rəhbərliyi ilə yeni hökumət qurulub

1964. Bakılı kəşfiyyatçı Rixard Zorgeyə ölümündən sonra “Sovet İttifaqı Qəhrəmanı” fəxri adı verilib

1964. SSRİ və Türkiyə arasında mədəni əlaqələrə dair saziş imzalanıb

1968. Riçard Nikson ABŞ prezidenti seçilib

1970. Mülki təyyarə “Concorde 001” səs baryerini keçib

1979. Tehrandakı ABŞ səfirliyinin tutulmasının ertəsi günü imam Xomeyni ABŞ-ı “böyük şeytan” adlandırıb

1996. Klinton ABŞ prezidenti seçilib

1996. Rusiya prezidenti Boris Yeltsinin ürəyində koronar şuntlama aparılıb

2001. Məşhur aktyor Eldəniz Zeynalov vəfat edib

2005. Azərbaycanda parlament seçkiləri keçirilib

2006. İraq prezidenti Səddam Hüseynə ölüm hökmü çıxarılıb

2007. Abdullah Gül Türkiyə prezidenti vəzifəsində xarici ölkəyə ilk rəsmi səfərini Azərbaycana edib

2007. Azərbaycanda yerli demokratiya həftəsi başlayıb

2008. Kişinyovda keçirilən Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QİƏT) Parlament Məclisi Baş Assambleyasının 32-ci sessiyası başa çatıb

2011. Azərbaycanın şahmat üzrə kişilərdən ibarət milli komandası Ermənistan komandasına 3-1 hesabı ilə qalib gəlib.

Günün aforizmi

“Hərə bir cür daşıyır söz yükünü Pünhanın,
Kimi dürdanə kimi, kim də palan şəklində.”

Baba Pünhan
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 821

Oxşar yazılar