ABŞ məhkəməsi Sevinc Tağıyevanı həbsdə saxladı
ABŞ-ın Hyuston ştatının Bruklin federal məhkəməsi casus qalmaqalı ilə bağlı keçirilən məhkəmə prosesində üç nəfərin həbsdə saxlanması barədə qərar qəbul edib. Lent.az-ın məlumatına görə, bunlar qalmaqalda adı keçən “ARC Electronics” şirkətinin prezidenti Aleksandr Fişenko, şirkətin menecerləri Viktoriya Klebanova və Azərbaycan vətəndaşı, şirkətdə inzibatçı-menecer vəzifəsində çalışan Sevinc Tağıyevadır. Bu iş üzrə saxlanılan digər şəxslər barəsində həbs qərarı verilməyib.
Xatırladaq ki, bu ölkənin hüquq-mühafizə orqanları bir qədər əvvəl bir neçə Rusiya vətəndaşını həbs edib. Nyu-York ştatının Bruklin Prokurorluğunda 11 nəfər barəsində cinayət açılıb. Cinayətləri sübuta yetiriləcəyi təqdirdə isə Rusiya vətəndaşlarını uzun müddətli azadlıqdan məhrum etmə cəzası gözləyir.
İddiaya görə, həbs edilənlər “ARC Electronics” şirkətinin əməkdaşları olublar. Onlar ABŞ hərbi bazaları, ordu qüvvələri, habelə müxtəlif məxfi texnologiyalar barədə dövlət sirlərini Rusiya kəşfiyyat orqanlarına məlumat ötürürmüşlər.
Dəstəyə Şövkət Abdullayev, Lyudmila Baqdikyan, Anastasiya Dyatlova, Svetalina Zaqon, Viktoriya Klebanova, Aleksandr Posobilov, Sevinc Tağıyeva, Sergey Klinov, Yuriy Savin, Dmitriy Şeqrunov, Aleksandr Fişenko daxil olublar. Saxlanılan şəxslərdən ikisi azərbaycanlıdır. Bunlar 34 yaşlı Şövkət Abdullayev və 32 yaşlı Sevinc Tağıyevadır. Mənbənin dediyinə görə, Şövkət Abdullayev azərbaycanlı olsa da, Azərbaycan vətəndaşı deyil.
Sevinc Tağıyeva isə Hyuston Universitetində magistr təhsili alırmış. Eyni zamanda “ARC Electronics” şirkətində inzibatçı-menecer vəzifəsində çalışırmış. Xanım Tağıyeva ABŞ-a köçməzdən əvvəl Bakıda AMEC şirkətində işləyib. Burdan sonra isə iş yerini Bakı şəhər Səbayel rayonu, neftçi Qurban Abbasov küçəsi, 76 ünvanında yerləşən “İntertrade” Məhdud Məsuliyyətli Cəmiyyətə dəyişib.
Səbuhi

Oxşar yazılar

Azərbaycanda 87 yaşlı qadın sirkə turşusundan zəhərlənib öldü
22 iyul 2025 , 19:33
Ruben Vardanyanın məhkəməsində zərərçəkənlər və hüquqi varisləri ifadə veriblər
22 iyul 2025 , 19:01
Biləsuvar xəstəxanasında FACİƏ: Əməliyyata gətirilən 3 yaşlı uşaq öldü - YENİLƏNİB
22 iyul 2025 , 18:52
Sumqayıtda DƏHŞƏT: Oğul atasını daşla döyüb öldürdü
22 iyul 2025 , 17:35
Mərdəkanda bir nəfər dənizdə batdı
22 iyul 2025 , 17:17
Türkiyəyə 20 milyonluq kokain gətirən diplomat sərhəddə TUTULDU
22 iyul 2025 , 16:52
Dövlətə xəyanət etməkdə təqsirləndirilən şəxsə hökm oxundu
22 iyul 2025 , 16:23