At sürüyüb öldürdü
07 oktyabr 2012 14:02 (UTC +04:00)

At sürüyüb öldürdü

Şəki rayonunda 84 yaşlı kişini at sürüyərək öldürüb. Bu barədə APA-nın Şəki-Zaqatala bürosuna Şəki rayon-şəhər Polis Şöbəsindən məlumat verilib.

Hadisə rayonun Göybulaq kəndində qeydə alınıb. Rayonun Göybulaq kənd sakini, 1928-ci il təvəllüdlü Osmanov Şəmsəddin Ağası oğlu at arabası ilə sahədən ot daşıyan zaman at hürküb.

Nəticədə 84 yaşlı Şəmsəddin Osmanovu sahədə at sürüyüb. Müxtəlif dərəcəli ağır bədən xəsarətləri alan Şəmsəddin Osmanov Şəki Mərkəzi Rayon Xəstəxanasına (MRX) çatdırılsa da, onu xilas etmək mümkün olmayıb. 84 yaşlı qoca aldığı xəsarətlərdən xəstəxanada keçinib.

Faktla bağlı araşdırma aparılır.
# 1686

Oxşar yazılar