Azərbaycanda 3 nəfər bədbəxt hadisə nəticəsində ölüb
09 avqust 2012 14:58 (UTC +04:00)

Azərbaycanda 3 nəfər bədbəxt hadisə nəticəsində ölüb

Avqustun 8-də Azərbaycanın müxtəlif ərazilərində ölümlə nəticələnən bədbəxt hadisələr baş verib. Lent.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Salyan rayonunun Gomuşlu kəndi ərazisində, kənd sakini 10 yaşlı Vüsalə Səfərova kanala yıxılıb. Azyaşlı boğularaq ölüb.

Bakı şəhərinin Xətai rayonu ərazisində tikilməkdə olan binanın 3-cü mərtəbəsindən, orada işləyən Bakı şəhər sakini Maarif Alyarov yıxılıb və aldığı xəsarətdən ölüb.

Sabirabad rayonunun Güdəcühür kənd sakini Könül Talıbova isə evindən kimyəvi məhluldan zəhərlənmə ilə xəstəxanaya gətirilib. Qadının həyatını xilas etmək mümkün olmayıb.
# 480

Oxşar yazılar