Fransa prezidenti Rusiyanın Krımdakı fəaliyyətinə qarşı
08 mart 2014 05:42 (UTC +04:00)

Fransa prezidenti Rusiyanın Krımdakı fəaliyyətinə qarşı

Fransa prezidenti Fransua Olland Krımda keçirilməsi planlaşdırılan referenduma münasibət bildirib. Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, o, deyib ki,bu referendumun nəticələrini Qərb tanımamalıdır.

 

«Krımda hökumət yalnız mərkəzi Kiyev hakimiyyəti tərəfindən təşkil oluna bilər. Ukraynanı ərazi bütövlüyü və suverenliyi müzakirə ediləcək məsələ deyil.

 

Əgər ərazi bütövlüyü və sərhəd pozularsa o zaman bir çox ölkədə də bu yöndə həyəcan dalğası başlayacaq.

 

Bundan başqa bizim işimiz əgər Rusiya u addımı atmaq istəyərsə, danışıqlar üçün qapıları açıq qoymaqdır»- deyə, Olland vurğulayıb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1002

Oxşar yazılar