Donald Tramp “Tesla” və “SpaceX”in baş direktoru İlon Maska kabinetində nazir və ya qalib gələrsə, müşavir rolunu təklif edir.
ABŞ-da Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Trampın 2024-cü ilin noyabrında keçiriləcək seçkilərdə qalib gələcəyinə hələ də dəmir kimi inamı yoxdur, amma indidən kadr məsələsi üzərində düşünür. Belə ki, siyasətçi milyarder və “Tesla” və “SpaceX”in baş direktoru İlon Maskı kabinetinə dəvət etmək və ya ona Ağ evdə müşavir rolunu təklif etmək istəyir.
Lent.az bildirir ki, bu barədə “Reuters” məlumat yayıb.
Siyasətçi Maskın texnologiyanın inkişafına, xüsusən də elektromobillər və kosmik tədqiqatlar sahəsindəki töhfəsini yüksək qiymətləndirib. O qeyd edib ki, əgər sahibkarın özü bu təklifi qəbul etmək arzusunu bildirsə, Mask öz hökumətində mühüm vəzifə tuta və ya müşavir ola bilər.
Maraqlıdır ki, Tramp bəzi yeni elektrikli avtomobillər üçün 7500 dollar vergi güzəştini ləğv etməyi düşünəcəyini bildirib. Bu, bu avtomobilləri satan “Tesla”nın biznesinə təsir edə bilər.
Qeyd edək ki, respublikaçı namizəd, ümumiyyətlə, elektriklə işləyən avtomobillərə qarşı sərt mövqe tutur. O, nəqliyyat vasitələrinin uzun səfərlər üçün doldurulması lazım olduğunu tənqid edir və Meksikada istehsal olunan avtomobillərə tariflərin tətbiq edilməsini tələb edir və bunun ABŞ avtomobil sənayesinə zərər verdiyini iddia edir.
Buna baxmayaraq, Donald Tramp İlon Maska müsbət münasibət bəsləyir – o, onu “əla iqtisadçı” hesab edir və milyarder texnokratın təcrübəsinin “dövlət xərclərini saxlamaqda” faydalı olacağına əmindir.
Qeyd edək ki, İlon Maskın özü X sosial şəbəkəsində prezident olacağı təqdirdə Tramp administrasiyasında vəzifələrdən birini tutmaq arzusunu bildirib. Milyarder əvvəllər Trampın prezidentliyi dövründə Ağ evin biznes məsləhət qruplarında çalışıb, lakin 2017-ci ildə siyasətçinin ABŞ-ı Paris iqlim sazişindən çıxarmaq qərarı ilə razılaşmadıqdan sonra istefa verib.