2017-ci ildə Kadırovun qızları şəxsi təyyarə ilə Parisə uçub.
Çeçenistan rəhbəri Ramzan Kadırov qızları Karina, Tabarik və Hedi 2017-ci ildə Fransaya getmək üçün başqa soyadlı pasportlardan istifadə ediblər.
Lent.az xarici KİV-ə istinadən bildirir ki, 2017-ci ilin iyununda Kadırovun qızları atalarının Airbus ACJ319 biznes təyyarəsi ilə Parisə uçublar.
Təyyarədə ən azı 21 nəfər olub. Sərnişinlər arasında Çeçenistan rəhbərinin Musayev soyadlı pasportlardan istifadə edən üç qızı da olub. Eyni zamanda, sənədlərində onların atasının adı Ramzanovna və əsl doğum tarixləri də olub. Digər məlumatlara görə, Kadırovun qızlarının istifadə etdiyi hər üç pasport hələ də etibarlı kimi qeyd olunur.
Məlumatda qeyd edildiyi kimi, Parisdə Kadırovun digər qızı Ayşatın idarə etdiyi “Firdaws” moda evi baxışlar keçirir.
Onlardan başqa təyyarədə Fatimə Xazuyeva da olub. İddia edildiyi kimi, o, Çeçenistan rəhbəri ilə münasibətdədir. Xazuyevanın qızı Aşura da anasının soyadı olan sənədlərdən istifadə edərək Fransaya uçub.
Kadırov onu həyat yoldaşı Medninin qızı adlandırır və Çeçenistan hakimiyyətinin məlumatlarına görə, o, region başçısının soyadını daşıyır. Aşura Kadırovanın hazırda 12 yaşı var və uçuş zamanı onun beş yaşı olub.