Türkiyədə öldüyü zənn edilən kişi 33 ildən sonra tapılıb.
Lent.az yerli KİV-ə istinadla xəbər verir ki, Antalyanın Manavqat qəsəbəsində polis əməkdaşları 3 təkərli araba ilə dəmir yığan 50 yaşlı Kamal Dəmiri saxlayıblar. Sənədlərinin araşdırılması zamanı onun 1991-ci ildə 17 yaşında ikən İzmit şəhərindən ata-anasından ayrıldığı və itkin düşdüyü məlum olub.
Müəyyən edilib ki, uzun illər axtarışlardan sonra onun öldüyü zənn edilib və bu barədə məhkəmə qərarı da alınıb. Həmçinin 2013-cü ildə Kamalın ata-anası da ölüb.
Kişi polisə verdiyi ifadəsində ata-anası öləndən sonra artıq heç kiminin olmadığını və bacı-qardaşının yanına dönməyəcəyini deyib.
İfadəsindən sonra polis Kamal Dəmiri arabasının yanına, dəmir yığdığı yerə qaytarıb.