Kursk vilayətində 100 yaşayış məntəqəsi  Ukraynanın nəzarətindədr - RƏSMİ
27 avqust 2024 15:57 (UTC +04:00)

Kursk vilayətində 100 yaşayış məntəqəsi Ukraynanın nəzarətindədr - RƏSMİ

Avqustun 27-si səhər saatlarına olan məlumata görə, Kursk vilayətində 100 yaşayış məntəqəsi Ukraynanın nəzarəti altındadır.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu “Ukrayna 2024. Müstəqillik” forumu zamanı Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Aleksandr Sırski deyib.

Sırskinin sözlərinə görə, Ukrayna ordusu 1294 kvadrat kilometr Rusiya ərazisinə nəzarəti ələ keçirib.

O, iddia edir ki, hücumun bir hissəsi olaraq Ukrayna Silahlı Qüvvələrinin əsgərləri 594 rus əsgərini əsir götürüb. O, bu rəqəmə əvvəllər dəyişdirilmiş əsgərlərin daxil olub-olmadığını dəqiqləşdirməyib.

Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı həmçinin bəyan edib ki, Rusiya hərbi komandanlığı Ukraynanın irəliləyişini dayandırmaq üçün Kursk vilayətinə 30 minə yaxın əsgər göndərib.

Sırskinin sözlərinə görə, Ukrayna ordusu düşmən qüvvələrinin Sumıya hücumunun qarşısını almaq üçün Rusiya ərazisinə daxil olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2001
avatar

Oxşar yazılar