Korrupsioner general  beynəlxalq axtarışa verildi
28 avqust 2024 15:02 (UTC +04:00)

Korrupsioner general beynəlxalq axtarışa verildi

Ukrayna ordunun keçmiş generalı Andrey Naumovu beynəlxalq axtarışa verib.

Lent.az xarici mediaya istinadla bildirir ki, o, 2019-2021-ci illərdə dövlət vəzifəsində çalışıb. Ukraynada o, 3,2 milyon qrivnadan (təxminən 131 min 520 manat) çox məbləğdə korrupsiyada ittiham olunur.

Məlumata görə, keçmiş general 2022-ci il iyunun 7-də içərisində 592 min avro, 120 min dollar və iki qiymətli daş olan avtomobillə Serbiyadan Şimali Makedoniyaya keçmək istəyərkən saxlanılıb.

Ancaq Serbiya Naumovu Ukraynaya təhvil verməkdən imtina edir. Buna səbəb isə ona qarşı cinayət işinin siyasi səbəblərdən açılma ehtimalıdır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1902
avatar

Oxşar yazılar