İran Qərb ölkələri ilə İsrailə hücumu  müzakirə edir
13 avqust 2024 17:23 (UTC +04:00)

İran Qərb ölkələri ilə İsrailə hücumu müzakirə edir

İran Qərb ölkələri ilə İsrailə mümkün hücumu və HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin qisası üçün cavab tədbirləri üsullarını müzakirə edir.

Lent.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Anonim diplomatik mənbələr Tehranın Vaşinqton və digər Qərb paytaxtları ilə danışıqlarının bir neçə gündür ki, aktiv şəkildə davam etdiyini bildirir. Eyni zamanda, ABŞ Türkiyə də daxil olmaqla müttəfiqlərindən fəal şəkildə İranı İsrailə hücumundan əl çəkməyə inandırmaq üçün ona təsir göstərməyi xahiş edir. Bunun fonunda İranın Qəzza zolağında sülh nizamlanması üzrə danışıqlara qoşulmağa icazə verdiyi və danışıqların gedişatını gələcək hücum ehtimalı ilə əlaqələndirdiyi bildirilir.

Bundan əvvəl Böyük Britaniyanın baş naziri Keir Starmer İranı İsrailə hücumundan əl çəkməyə çağırıb. Hələ avqustun 4-də İsrailin müdafiə naziri Qalant İranın hücum ehtimalı ilə bağlı komandanlığın üzvləri ilə görüş keçirib.

Qeyd edək ki, aprelin 13-ü axşam İran artıq İsrailə doğru onlarla pilotsuz təyyarə və raket atıb. Hücum təxminən beş saat davam edib. İsrail ona atılan raketlərin və pilotsuz təyyarələrin 99%-ni vurduğunu bildirib. Eyni zamanda, İran tərəfi yəhudi dövləti ərazisində bir sıra hərbi obyektlərin məhv edildiyini açıqlayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1842
avatar

Oxşar yazılar