İran prezidenti Məsud Pezeşkianın təklifi və Nazirlər Kabinetinin təsdiqi ilə Fatimə Mohacerani İran hökumətinin ilk qadın mətbuat katibi olub.
Lent.az bildirir ki, bu barədə “Mehr” xəbər verir.
İran hökumətinin mərhum prezident İbrahim Rəisinin administrasiyasında əvvəlki sözçüsü Əli Bahadori Yəhromi olub.
1970-ci ildə Mərkəzi əyalətində anadan olan Fatimə Mohacerani 11-ci hökumətdə Şəriət Texniki və Peşə Tədris Universitetinin (qadınlar üçün ixtisaslaşdırılmış) rəhbəri vəzifəsində çalışıb.
2017-ci il oktyabrın 17-də Mohacerani Fövqəladə İstedadlar Mərkəzinin rəhbəri seçilib.