Almaniyada festival zamanı bir nəfər insanlara bıçaqla hücum edib.
Lent.az xarici mediaya istinadla bildirir ki, hadisə ölkənin Şimal Ren Vestfalya əyalətinin Solinqen şəhərində baş verib. Şəhərin 650 illiyi münasibətilə keçirilən festival qətliamla nəticələnib.
Naməlum bıçaqlı şəxs insanlara hücum edərək, qarşısına çıxanları bıçaqlayıb. Nəticədə 3 nəfər ölüb, 7 nəfər yaralanıb.
Polis əhalidən şəhərin mərkəzini tərk etmələrini tələb edib.
Hazırda cinayətkarın axtarışları davam edir.