Dünyanın  ən təhlükəli   adası - Burada 70-dən çox tədqiqatçı ölüb -  VİDEO
27 fevral 2024 19:48 (UTC +04:00)

Dünyanın ən təhlükəli adası - Burada 70-dən çox tədqiqatçı ölüb - VİDEO

İlan adası kimi də tanınan "Queimada Grande" adası 4000-dən çox ölümcül ilan növünə ev sahibliyi edir ki, bu da onu Yer kürəsinin ən təhlükəli yerlərindən birinə çevirir. Braziliyanın San-Paulu əyalətinin sahilindən 35 km aralıda yerləşən bu adaya giriş qadağandır.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, adada tapılan ilanlara dünyanın ən zəhərli ilanlarından biri olan ada hamropları və ya nizə ucu ilanı daxildir.

Sirr və əfsanə ilə əhatə olunmuş "Queimada Grande" adasına heç kimin ziyarətinə icazə verilməsə də, alimlərin tədqiqat obyektinə çevrilib. 1992-ci ildən bu yana 70-dən çox alim ilan sancmasından dünyasını dəyişib.

"9 News"un müxbiri Tara Brauna tibbi qrupun müşayiəti ilə 60 dəqiqə ərzində unikal giriş imkanı verilib. Yerli balıqçılar adada xəzinə basdıran ilanlar və dəniz quldurları tərəfindən öldürülən bir ailə haqqında əfsanələrin olduğunu iddia edərək, oraya ziyarətə getmıməsi barədə xəbərdarlıq ediblər.

Ada hamrop ilan növləri materik həmkarlarından beş qat yüksək zəhər dərəcəsi ilə fərqlənir. Onlar iri köçəri quşları ovlayırlar ki, bu da zəhərini daha da ölümcül edir.

Alimlər hesab edirlər ki, bu unikal yer təbiətdə təkamülü müşahidə etmək imkanı verir və ilanların təkamülünə ətraf mühitin təsirini öyrənmək üçün bir növ laboratoriyadır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4962
avatar

Fidan İlqar

Oxşar yazılar