“Debbi” fəsadlara yol açdı
04 avqust 2024 16:19 (UTC +04:00)

“Debbi” fəsadlara yol açdı

Avqustun 3-də Kuba sahillərində formalaşan “Debbi” tropik qasırğası Meksika körfəzi istiqamətində hərəkət edir.

Lent.az-ın xəbərinə görə, bu barədə Kuba Meteorologiya İnstitutu məlumat yayıb.

Qasırğa Kubanın mərkəzində və qərbində güclü leysan yağışla müşahidə olunub, paytaxt Havananın müxtəlif rayonlarında elektrik enerjisinin verilişi dayanıb. “Debbi” qasırğası saniyədə 6,7 m sürətlə şimal-qərb istiqamətində hərəkət edir.

Meteoroloqlar 12-24 saat ərzində qasırğanın Kubadan uzaqlaşacağını, bazar günü günorta saatlarında ölkənin mərkəzində, gün ərzində isə ölkənin qərbində yağışların intensivliyinin azalacağını proqnozlaşdırırlar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2145
avatar

Oxşar yazılar