“Bizim cavanları əsgərliyə aparın”
14 noyabr 2012 18:07 (UTC +04:00)

“Bizim cavanları əsgərliyə aparın”

“Dağıstanlı gənclər də hərbi xidmətə getmək istəyirlər. Amma hərbi xidmətə çağırılmırlar. Bu da gənclər arasında bəzi xoşagəlməz hallara gətirib çıxarır”. Lent.az-ın Dağıstan KİV-ə istinadən verdiyi məlumata görə, bu barədə respublikanın prezidenti Maqomedsalam Maqomedov bildirib.

Rusiyanın müdafiə naziri Sergey Şoyquya müraciət edən Maqomedov qeyd edib ki, başqa regionlarda rüşvət verib hərbi xidmətdən yayınırlarsa, dağıstanlı gənclər əksinə, pul gücünü də olsa əsgərliyə getməyə can atırlar. “Hər il əsgərlik yaşına çatan 15-16 min gənc hərbi xidmət keçmir” - deyə, o bildirib.

Maqomedsalam Maqomedov tezliklə Dağıstanlı gənclərin əsgərliyə getməsinə qoyulan vetonun götürüləcəyinə əminliyini də bildirib.
# 865

Oxşar yazılar