“Kama Sutra” şokaladı müsəlman ölkəsində qalmaqal yaratdı
27 oktyabr 2012 02:54 (UTC +04:00)

“Kama Sutra” şokaladı müsəlman ölkəsində qalmaqal yaratdı

Amma nə kiminsə açıq-saçıq şəkilləri yayılıb, nə də videosu.

Sadəcə, bir şokolad fabrikinin məhsulu prokurorluğun diqqətini cəlb edib.

Kostanay vilayətindəki «Objorka» şirniyyat fabriki həmin şokoladı bir ildən çoxdur, isehsal edir.Amma yerli mediada bu barədə məlumat gedəndən sonra məsələ ictimailəşib və etirazlar artıb.

Mövzu hətta çex mətbuatına da gedib çıxıb. Kilosu 1800 tengeyə (təxminən 12 dollara) satılan şokolad cinsi əlaqədə olan qadın və kişi fiqurlarına oxşayır.

Bunlar qədim sanskrit mətnləri olan və məhəbbət, cinsi həyatla bağlı məsləhətlərin yer aldığı “Kama Sutra”dandır.

Prokurorluq yoxlamalara başlayıb. “Vətəndaşlardan daxil olan şikayətlər” əsasında şokolad satışdan yığışdırılıb. Fabrikin direktoru, qadın isə «Kostanayskie novosti» qəzetinə deyib ki, məhsulu pornoqrafik məzmunlu saymır: “Kama Sutra – qədim erotikadır. Burada qanunsuz heç nə yoxdur. Bazar iqtisadiyyatı şəraitində təklifi tələb formalaşdırır. Bizə tez-tez qadın və kişi cinsiyyət orqanları formasında tortlar sifariş edilir. Mən İnternetdə də baxmışam: xaricdəki bir çox şirniyyat məktəbləri bu tematikanı da dəstəkləyirlər. Bəs biz niyə bundan imtina etməliyik?”

Fabrik “Kama Sutra” şokoladının yalnız böyüklər üçün nəzərdə tutulduğunu bildirir.

Amma çəkiylə satıldığı üçün şokoladı dükanda hamı görə bilər.

Qəzet uşaq psixoloqu Olqa Smetskayanın rəyini dərc edib.

O, deyib ki, belə şokolad uşaqların gözü qarşısında satılmamalıdır, kütləvi və qeyri-ənənvi seks pozaları uşaqda cinsi əlaqəyə qeyri-sağlam maraq yarada bilər.

Seksopatoloq Lyubov Polikarskaya isə bildirib ki, belə bir şokoladın istehsalına pis baxmır: “Belə şəkillər Hindistandakı məbədlərin üzərində də var”.

“Kama Sutra” Hindistanda müqəddəs mətn sayılır.Orada yer alan ailə həyatının cinsi aspektinə aid məsləhətlər ciddi qəbul edilir.

Kitab bir çox ölkələrdə açıq satışdadır. Ancaq Hindistandan kənarda kitabın “imici” fərqlidir, böyük bir kütlə onu az qala ucuz pornoqrafik şəkil və videolarla eyni tutur.

Qazaxıstandakı şirniyyat istehsalçısı da böüük ehtimalla bu təsəvvürlərdən kommersiya məqsədilə yararlanaraq pul qazanmaq istəyib.

«Azadlıq»radiosu
# 2366

Oxşar yazılar

Kafeyə basqın oldu, ölənlər var

Kafeyə basqın oldu, ölənlər var

23 may 2024 , 22:48
Məzun günündə helium şarlar partladı, 10 yaralı var

Məzun günündə helium şarlar partladı, 10 yaralı var

23 may 2024 , 22:17
İbrahim Rəisi dəfn olundu

İbrahim Rəisi dəfn olundu

23 may 2024 , 20:34
Yolda bomda partladı, 6 nəfərlik ailə  həlak oldu

Yolda bomda partladı, 6 nəfərlik ailə həlak oldu

23 may 2024 , 15:49
Polis maşını  içərisindəki polislə birgə OĞURLANDI

Polis maşını içərisindəki polislə birgə OĞURLANDI

23 may 2024 , 13:26
Dindar ailədə böyüyən porno aktrisa nələr dedi?

Dindar ailədə böyüyən porno aktrisa nələr dedi?

23 may 2024 , 11:36
Məşhur filmin prodüseri EVİNDƏ ÖLÜ TAPILDI

Məşhur filmin prodüseri EVİNDƏ ÖLÜ TAPILDI

23 may 2024 , 08:40
Makron Yeni Kaledoniyaya SƏFƏR ETDİ

Makron Yeni Kaledoniyaya SƏFƏR ETDİ

23 may 2024 , 07:14