Bakı yaxınlığında "Lexus" aşdı: <span style="color:red;">ölən var
27 yanvar 2016 10:21 (UTC +04:00)

Bakı yaxınlığında "Lexus" aşdı: ölən var

Bakı-Sumqayıt yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Lent.az-ın məlumatına görə, magistralın 15-ci kilometrliyində, Masazır qəsəbəsi yaxınlığında "Lexus" markalı minik avtomobili maneəyə çırpılaraq aşıb. Nəticədə avtomobildə olan şəxslərdən 1993-cü il təvəllüdlü Aslanxanov Vitali Aslan oğlu aldığı ağır bədən xəsarətlərindən vəfat edib. Daha 1 nəfər isə xəstəxanaya yerləşdirilib.

 

Bildirilir ki, qəzaya səbəb yolun buzlaşması şəraitində düzgün manevr edilməməsi olub. Faktla bağlı araşdırma aparılır.

# 242
avatar

Nizam Rza

Oxşar yazılar