Azərbaycan yığması Avropa üçüncüsü oldu
06 mart 2014 18:17 (UTC +04:00)

Azərbaycan yığması Avropa üçüncüsü oldu

Rusiyanın Başqırdıstan Respublikasının paytaxtı Ufada buzadırmanma üzrə Avropa çempionatında Azərbaycan milli komandası 3-cü yeri tutub. Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının (FAİREX) mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, yarışda ölkəmizi 4 idmançı – Qalib Şıxrəhimov, Rinat Rəhimxanov, Ramay Rəhimxanov və Reyhan Məmmədova təmsil edib.

 

Yüksək nəticələr əldə etmək üçün əzm və qətiyyətlə mübarizə aparan təmsilçilərimiz qarşılarına qoyduqları məqsədə çatmaq üçün qüvvələrini əsirgəməyiblər.
 

Qeyd edək ki, FAİREX-in idmançılarından ibarət Azərbaycan yığması Avropa çempionatında ilk dəfə yüksək nəticəyə imza atıb.

# 740
avatar

Oxşar yazılar