Messiyə fantastik təklif
06 mart 2014 17:51 (UTC +04:00)

Messiyə fantastik təklif

İngiltərənin "Mançester Siti" klubu İspaniya “Barselona”sının futbolçusu Lionel Messiyə yeni təklif ünvanlamağa hazırlaşır. Lent.az-ın "El Confidential"a istinadən məlumatına görə, “şəhərlilər” argentinalı hücumçunun keçidindən ötrü Kataloniya klubuna 200 milyon avro ödəməyə hazırdırlar.

 

Messinin özünə isə illik 25 milyon avro məbləğində əmək haqqı təklif olunacaq.

 

Qeyd edək ki, Lionel Messi bu mövsüm “Barselona”nın heyətində 30 oyuna 27 qol vurub. Onun hazırkı anlaşması 2018-ci ilin yayınadək nəzərdə tutulub.

 

# 2069
avatar

Oxşar yazılar