Təhsil naziri Ramiz Əsgərə “Şöhrət” ordenini təqdim etdi
06 mart 2014 17:26 (UTC +04:00)

Təhsil naziri Ramiz Əsgərə “Şöhrət” ordenini təqdim etdi

Təhsil naziri Mikayıl Cabbarov ölkə prezidenti İlham Əliyevin sərəncamı ilə səmərəli elmi və ədəbi-publisistik fəaliyyətinə görə “Şöhrət” ordeni ilə təltif edilmiş filologiya elmləri doktoru Ramiz Əsgərlə görüşüb. Bu barədə Lent.az-a Təhsil Nazirliyindən məlumat verilib.

Təhsil naziri “Şöhrət” ordenini R. Əsgərə təqdim edib. Tanınmış filoloq alimi təbrik edən nazir ona gələcək fəaliyyətində uğurlar arzulayıb. R. Əsgərin Azərbaycan təhsilinin və elminin inkişafındakı xidmətlərindən söhbət açıb, səmərəli fəaliyyətini bundan sonra da uğurla davam etdirəcəyinə əminliyini bildirib.

R. Əsgər əməyinə verilən belə yüksək qiymətə görə ölkə prezidentinə dərin minnətdarlığını ifadə edib. O, bundan sonra da Azərbaycanda təhsilin, publisistikanın və elminin inkişafı naminə əzmlə çalışacağını nəzərə çatdırıb.

# 1287

Oxşar yazılar