<b>Krım Tatar Məclisinin sədri:</b> “Referendumu tanımırıq” - <span style="color:red;">YENİLƏNİB
06 mart 2014 18:25 (UTC +04:00)

Krım Tatar Məclisinin sədri: “Referendumu tanımırıq” - YENİLƏNİB

“Krımda hadisələr çox sürətlə inkişaf edir və beynəlxalq ictimaiyyət Ukraynanın ərazi bütövlüyünün müdafiəsi üçün təcili addımlar atmalıdır”.


 

APA-nın “korrespondent.net” saytına istinadən verdiyi məlumata görə, bunu Krım Tatar Məclisinin sədri Refat Çubarov Ukrayna telekanallarına müsahibəsində deyib. O bildirib ki, Krım parlamentində Rusiyaya birləşmək barədə qərarı ağılsızlar qəbul edib: “Onlar əvvəlcə Rusiyanın tərkibinə daxil olmaq barədə qərar verirlər, daha sonra isə bu barədə referendum təyin edirlər. Ukraynada yerli referendumlar barədə qanun yoxdur, bu qərar absurddur. Krım tatarları işğal şəraitində keçiriləcək hər hansı referendumu tanımır. İndi çox vacibdir ki, biz beynəlxalq ictimaiyyətin hansı qərarları qəbul edəcəyini görək. Proseslər inanılmaz bir sürətlə faciəyə doğru irəliləyir”.

 

R. Çubarov qeyd edib ki, Krım tatarları digər etnik qruplarla birlikdə təxribata uymamağa və sabitliyi qorumağa çalışır: “Biz sakitliyi saxlamaq və burdakı orduya qarşı aqressiya kimi qiymətləndiriləcək addımlardan çəkinməyə çalışırıq. Başa düşürük ki, qarşı tərəf geniş miqyaslı provokasiya törətmək fikrindən daşınmayıb”.

# 2062
avatar

Oxşar yazılar