“Anderlext” də Qəbələyə gəlir
06 mart 2014 16:56 (UTC +04:00)

“Anderlext” də Qəbələyə gəlir

Mayın 29-da 15 yaşadək futbolçulardan ibarət komandalar arasında baş tutacaq III Qəbələ Kuboku beynəlxalq turnirinin daha bir iştirakçısı bəlli olub. Lent.az-ın məlumatına görə, Belçikanın "Anderlext" klubu da turnirdə yer alacağını rəsmən təsdiqləyib.

 

Daha öncə "Fənərbaxça" (Türkiyə), "Lokomotiv" (Moskva, Rusiya), "Liverpul" (İngiltərə) və "Olimpik"in (Marsel, Fransa) III Qəbələ Kubokunda çıxış edəcəyi açıqlanıb. Bununla da təşkilatçı komanda sayılan “Qəbələ” ilə birgə turnir iştirakçılarının sayı 6-ya yüksəlib. Yarış iyunun 1-dək davam edəcək.

 

Qeyd edək ki, artıq ənənəyə çevrilmiş turnirin coğrafiyası ildən-ilə genişlənməkdədir. Builki yarışda ilk dəfə İngiltərə, Fransa və Belçika təmsilçiləri yer alacaqlar. Əvvəlki turnirlərdə isə İspaniya, Hollandiya, Portuqaliya, Türkiyə, Danimarka, Rusiya, Serbiya və Ukrayna təmsilçiləri mübarizə aparıblar.

 

# 934
avatar

Oxşar yazılar