Polis: “Deputatın oğlu kimsəni güllələməyib”
06 mart 2014 16:25 (UTC +04:00)

Polis: “Deputatın oğlu kimsəni güllələməyib”

Bakıda millət vəkili Ayaz Orucovun oğlu İsmayıl Orucovun avtomobilə 8 dəfə atəş açması iddiası ilə bağlı polisdə hər hansı araşdırma aparılmır. Binəqədi rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, bir müddət əvvəl iki qadın onlara şikayət ərizəsi ilə müraciət edib. Lakin idarədən bildirildiyinə görə, şəxslərin və ittihamın qeyri-ciddiliyi nəzərə alınaraq, müvafiq araşdırma aparılmasına lüzum görülməyib.

 

Polisdən o da bildirilib ki, məlum hadisədə adı hallandırılan hər iki qadının maşınına atəş açılması faktı baş verməyib.

 

Qeyd edək ki, KİV-də deputat Ayaz Orucovun oğlunun Bakıda bir maşını gülləyə tutması haqda xəbər yayılıb. Həmin xəbərdə deyilirdi ki, deputat oğlu İsmayıl Orucov Binəqədi rayonu, Azadlıq prospektində ağ rəngli, “Mercedes Galenvagen” markalı, Az 10 BB 111 nömrə nişanlı maşından ağ rəngli, “Nissan Juke” markalı, Az 90 NX 685 nömrə nişanlı maşına 8 dəfə atəş açıb. Həmin vaxt “Nissan Juke”də iki qadın - sürücü Ramilə Süleymanova və onun sərnişini Aynurə Novruz qızı Cəfərova olub. R.Süleymanova daha sonra 30 min manat alaraq iddiasını geri götürüb. A.Cəfərova isə puldan imtina edib və onları güllələyən şəxsin cəzalandırılmasını tələb edib.

# 1823
avatar

Nizam Rza

Oxşar yazılar