Rusiyanın Krımla bağlı mövqeyi 16 martdan sonra bilinəcək
06 mart 2014 16:19 (UTC +04:00)

Rusiyanın Krımla bağlı mövqeyi 16 martdan sonra bilinəcək

Rusiyanın Krımla bağlı mövqeyi muxtar respublikada keçiriləcək referendumun nəticələri əsasında müəyyənləşdiriləcək.


 

APA-nın İTAR-TASS-a istinadən verdiyi məlumata görə, bunu jurnalistlərə açıqlamasında Rusiya Dövlət Dumasının MDB işləri üzrə komitəsinin rəhbəri Leonid Slutski deyib.

 

“Dumanın bütün fraksiyaları Ukraynanın ərazi bütövlüyünün qorunub saxlanılmasına tərəfdardır. Lakin Krım əhalisinin bu cür məsələləri referenduma niyə çıxardığını da başa düşürük. Ona görə də Dövlət Dumasının və Rusiya Federasiyasının mövqeyini 16 mart referendumunun nəticələrinə əsasən müəyyən edəcəyik”, - deyə o vurğulayıb.

# 782
avatar

Oxşar yazılar