Bakıda metro qatarının altında qalan gənc BDU-nun tələbəsidir
06 mart 2014 15:28 (UTC +04:00)

Bakıda metro qatarının altında qalan gənc BDU-nun tələbəsidir

Martın 5-də özünü Bakı Metropolitenini “”Ulduz” stansiyasında özünü qatarının altına atan şəxsin BDU-nun tələbəsi olduğu məlum olub. Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutundan Lent.az-a verilən məlumata görə, Bakı Dövlət Universitetinin bir qrup tələbəsi xəstənin yanına gəlib və yaralının birinci kurs tələbəsi, 1996-cı il təvəllüdlü Dövran Həsənov olmasını bildiriblər. Məlum olub ki, 18 yaşlı oğlanın ailəsi Ucar rayonunda yaşayır.

 

 

Hazırda D. Həsənov reanimasiya şöbəsində müalicə alır, vəziyyəti ağırdır.

# 5172
avatar

Nizam Rza

Oxşar yazılar