Arvadının qulağını kəsən Astara sakini barədə apellyasiya şikayəti verildi
06 mart 2014 15:12 (UTC +04:00)

Arvadının qulağını kəsən Astara sakini barədə apellyasiya şikayəti verildi

Həyat yoldaşına dəhşətli işgəncələr verməkdə təqsirləndirilən Astara rayon sakini Çingiz Mehdiyevin barəsində olan hökmdən apellyasiya şikayəti verilib. Bu barədə APA-ya məlumat verən Ç. Mehdiyevin vəkili Natiq Əsədov bildirib ki, apellyasiya şikayəti Şirvan Apellyasiya Məhkəməsinə təqdim edilib. Vəkil şikayət əsasında məhkəmənin başlama vaxtının hələlik məlum olmadığını deyib.

 

Qeyd edək ki, həyat yoldaşı, 28 yaşlı Nisə Xəlilovaya qarşı zor tətbiq etməkdə, dəhşətli işgəncələr verməkdə, onun qulağını kəsməkdə ittiham olunan Astara rayonunun Kələdəhnə kənd sakini, 33 yaşlı Cingiz Mehdiyev Cinayət Məcəlləsinin 127.2.2 (xüsusi amansızlıqla zərərçəkənə ağır iztirablar vermək), 145.2.5 (zərərçəkmiş şəxsin həyatı üçün təhlükə yaratmaqla qanunsuz azadlıqdan məhrum etmə), 145.2.6 (silahdan istifadə etməklə qanunsuz azadlıqdan məhrum etmə) maddələri üzrə təqsirli bilinir.

 

Astara Rayon Məhkəməsinin hökmü ilə N. Mehdiyev 6 il müddətinə azadlıqdan məhrum edilib.

# 1106
avatar

Oxşar yazılar