Lökbatandakı kütləvi zəhərlənməyə görə cinayət işi başlandı
06 mart 2014 14:50 (UTC +04:00)

Lökbatandakı kütləvi zəhərlənməyə görə cinayət işi başlandı

Bakının Lökbatan qəsəbəsində baş verən kütləvi zəhərlənmə ilə bağlı cinayət işi başlanıb.


 

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov APA-ya açıqlamasında bildirib ki, qeyd edilən faktla bağlı Cinayət Məcəlləsinin 314.1-ci (səhlənkarlıq) maddəsi ilə cinayət işi başlanıb, istintaq aparılır.

 

Qeyd edək ki, martın 5-də Bakının Qaradağ rayonunun Lökbatan qəsəbəsi Vilayət Əsgərov küçəsində yerləşən dörd yaşayış binasında qazdan kütləvi zəhərlənmə olub. Nəticədə 100-dən çox sakin həkimə müraciət edib. Hadisə baş verən əsnada qəsəbə sakini, 45 yaşlı Natalya Məmmədovanın halı pisləşib. Ailə üzvləri dərhal təcili tibbi yardım çağırsalar da, qadının həyatını xilas etmək mümkün olmayıb. 

 

# 1347
avatar

Oxşar yazılar