Kişilərin 8 Martına
06 mart 2014 14:47 (UTC +04:00)

Kişilərin 8 Martına

0

Yanında niyə qadın yoxdur? Bir az qəribə gələr bu sualı hansı kişiyə versən,

düşünər ki, evdədir də?! Bir dönüb soruşsan ki, ay qardaş, arvadın ölüb?! Bunu da anlamaz. Bir az da əsəbiləşər. Elə bilər, ələ salırsan onu. Axı sağdır, yeyir, içir, gəzir, deyə düşünər. Necə yoxdu? Necə ölüb? Düşünməz ki, hərdən diri görünər, amma ölmüş ola bilər insan. Əksinə, öz- özünə, bu şoğərib var də deyər və yenə əsəbiləşər. Bax, hər şey onun yanında olmasına rəğmən şoğərib kimi görməyindən, əşya kimi hiss eləməyindən başlayır. Kişilər qadınlar hardan başlayıb və hansı yer üçün yaranıblar sualını az düşünərlər məncə. Öncə anasının bətnidir bir qadının yeri, bu dünyaya qadın doğulmaq üçün... Sonra anasının qucağı, ilk sevgi dərsinə görə… Sonra yanı, atlılacaq ilk addımda tutacağı əl olsun deyə… Bir qadının yeri ilk addımını atdığı məktəbdi… Daxil olduğu sinif otağı, əyləşdiyi partasıdır.

Sonra ilk sevgisi gələcək, ilk sevildiyi qəlbdə yaşayacaq, amma bəlkə orda yaşadığını heç zaman deməyəcəklər ona. Sonra həyata atılacaq. Yolları gah düz, gah əyri, istənilən rəngdə və sifətdə olan həyata. Öncə qorxub, çəkinəcək gördüklərindən. Çünki etiraf eləməsələr də bütün qadınlar qorxaqdı.

Sonra vərdiş edəcək, bəyənib bəyənmədiyi hər şeyə. Sonra onu sevəcəklər. Amma o tək bir insanı sevəcək. Onun qadını, dostu, övladının anası olmağı arzulayacaq. O ana qədər kiməsə bacı, övlad, qohum olmuşdu o. Amma ən gözəl hissini ana olmağı ona yaşadan insan hər şeydən vacib olacaq ona. Yeri həmişə onun yanıdır düşünəcək. Lap haqqında şoğərib deyib düşünmüş olsa da o kişi. Nə qədər desən deyinəcək, üsyan edəcək, onu bezdirəcək bəlkə. Məncə qorxmayın.

Çünki bu həyatda ən dəhşətli mənzərə bir kişinin yanında danışan yox susan qadının dayanmasıdır. Göz yaşı yanağına yox içinə süzüləndi qorxulacaq qadınlar. Bir qadın bütün mənalarda yerində deyilsə, qadın deyilsə, inciməyin günah kişilərdədir. Çünki bir kişini nə qədər bir qadın kişi edirsə, bir qadını da qadın etmək üçün o qədər vacibdir yanında bir kişinin olması. Sən necə nə qədər kişisənsə, qadının da o qədər qadındır məncə. Bir də sizin necə kişi olmanızdan xəbər verən aynadır qadınlar. Qaldı ki, ümumiyyətlə, kişilik məsələsinə mənə görə kişilik cinsəllikdən öncə xarakterdi, elələri var ki, mən ona salam verməyi belə qadın kişiliyimə sığdırmaram. Bilirsiz, nə var bir qadın dünyanın hər yerini dolaşa, ən yüksək vəzifələrdə çalışsa belə, onun xoşbəxtliyi bir kişinin qollarındadır ancaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2274

Oxşar yazılar