Ukrayna hadisələrində ölənlərin sayı 100-ə çatdı
06 mart 2014 14:34 (UTC +04:00)

Ukrayna hadisələrində ölənlərin sayı 100-ə çatdı

Ukraynada baş vermiş toqquşmalar zamanı ölənlərin sayı 100-ə çatıb. Lent.az-ın ölkənin Səhiyyə Nazirliyinə istinadən məlumatına görə, ötən il noyabrın 30-dan indiyədək məhz bu qədər insan dünyasını dəyişib.

 

Sonuncu ölüm faktı ötən gün Kiyev şəhər xəstəxanasında qeydə alınıb. Fevralın 28-dən müalicədə olan həmin şəxsin həyatını xilas etmək mümkün olmayıb. Toqquşmalarda xəsarət alanların sayı isə 1075 nəfərə çatıb.

# 956
avatar

Oxşar yazılar