Maydanda atəşi kim açıb?
06 mart 2014 14:25 (UTC +04:00)

Maydanda atəşi kim açıb?

“Ukraynada gerçəkləşən hakimiyyət çevrilişinin əsas hədəfi ölkəni NATO-ya üzv etməkdir”.


 

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya Dövlət Dumasının Beynəlxalq əlaqələr üzrə Komitəsinin sədri Aleksey Puşkov deyib.

 

Onun sözlərinə görə, Maydanda toplaşan kütlənin hədəfi məhz bu olub: “Ali Radanın bloklara qoşulmamaq siyasətinin dəyişdirilməsi ilə bağlı qanun layihəsini müzakirə etməsi sürpriz bir hadisə deyildi. Onların məqsədi elə bu idi. Maydandakılar da bunu qarşılarına məqsəd qoymuşdular. Müxalifətin kirayələdiyi snayperlər buna etiraz edənləri öldürürdü”.

 

Qeyd edək ki, xarici mətbuat Ukrayna kəşfiyyatı əməkdaşına istinadən Avropa Birliyinin ali nümayəndəsi Ketrin Eştonla Estoniya xarici işlər naziri Urmas Paet arasında olan telefon danışığının mahiyyətini açıqlayıb. Həmin telefon danışığı zamanı Maydanda baş verən qanlı hadisələrlə bağlı atəş açan snayperlərin müxalifət tərəfindən kirayələnmiş təxribatçılar olduğu bildirilib.  

# 905
avatar

Oxşar yazılar